Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib - Fotolar 

Şirvanda 20 Yanvar faciəsinin 33-cü ildönüm münasibətilə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib...

Bu gün 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Yeni Azərbaycan Partiyası Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri öncə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Şirvan şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı ziyarət olunub. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin və 20 Yanvar şəhidlərinin xatirə lövhəsinin önünə gül dəstələri düzüblər.

İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bütün şəhid analarına ehtiram əlaməti olaraq ucaldılan “Şəhid anası” memorial abidə kompleksinin önünə əklil qoyub.

Şirvan şəhər 20 nömrəli tam orta məktəbin şagirdləri vətənə, şəhidlərə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra avtomobillərdən səs siqnalları verilib.

Sonra tədbir iştirakçıları “Əbədi məşəl” abidəsinin və şəhid məzarlarının önünə tər qərənfillər düzərək ruhlarına dualar oxuyublar.

Tədbirdən sonra İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edərək, gül dəstələri düzüblər və xatirələrini ehtiramla yad ediblər. Büstlərin önündə Milli Qəhrəmanların ailə üzvləri, təhsil aldıqları məktəblərin müəllimləri onların həyat və fəaliyyətləri, göstərdikləri şücaətlər barədə məlumat veriblər.

Sonra şəhərin el qəbiristanlığında uyuyan şəhidlərin məzarları ziyarət edildi, ruhlarına dualar oxunub.
Daha sonra Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarı və məzarüstü abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub.

pia.az 

Fotolar




Etiket: 20 Yanvar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar